Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".
Milli.Az