Xəbər verildiyi kimi, bu gün Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hovo" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü - əslən Göyçay şəhərindən olan 1968-ci il təvəllüdlü Qəfərov Əhliman Cəbrayıl oğlu hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Ə.Cəbrayılov ailəli idi və onun 3 övladı var. Yaxınlarının bildirdiyinə görə, mərhum tiktinti şirkətlərinin birində yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.