Türkiyədə yaşayış xərclərinin ən aşağı olduğu şəhərlər açıqlanıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan regional qiymət səviyyəsi göstəriciləri ölkənin ən sərfəli yaşayış məntəqələrini üzə çıxarıb.

Metbuat.az xəbər verir ki, araşdırmaya əsasən, şəhər səviyyəsində Türkiyənin ən ucuz yaşayış məntəqəsi Ağrı olub. Bölgələr üzrə sıralamada isə Mardin, Batman, Şırnak və Siirt ilk pillədə qərarlaşıb. Sözügedən bölgənin qiymət indeksi 91,5 bal təşkil edib. Türkiyə üzrə orta göstərici isə 100 bal qəbul olunur.

Yaşayış xərclərinin ən aşağı olduğu ilk 5 bölgə belə sıralanıb:

Mardin, Batman, Şırnak, Siirt - 91,5 bal

Ağrı, Qars, İğdır, Ərdahan - 92,8 bal

Kırıkkale, Aksaray, Niğdə, Nevşehir, Kırşehir – 93,8 bal

Van, Muş, Bitlis, Hakkari - 94 bal

Şanlıurfa, Diyarbəkir - 94,8 bal.

Məlumatlar göstərir ki, bu bölgələrdə eyni gəlirlə daha çox mal və xidmət əldə etmək mümkündür.