Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Sarvan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Səmədov Səməd Fətalı oğlu evə gedən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az