2026-ci ilin oktyabr ayı ərzində ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 79-u planlı, 1-i plandankənar olub.

Bildirilib ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.