Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə xalq artisti Emin Ağalarov oğulları Əli və Mikayılın doğum gününü birlikdə qeyd ediblər.
Metbuat.az xəbər verir ki, Emin Ağalarov ad günündən foto paylaşaraq Leyla Əliyevaya təşəkkürünü bildirib:
“Uşaqlar, ilk yubileyiniz mübarək! Sizin artıq 10 yaşınız oldu. Xoşbəxt və sağlam böyüyün! Leyla, mən sənə füsunkarlığına, hamıya hər zaman dəstəyinə, anlayışına və münasibətinə görə təşəkkür etmək istəyirəm. Sən qeyri-adi qadınsan və mən sənə hər şeyə görə sonsuz dərəcədə minnətdaram”.
Yağışa görə sürət həddi endirildi - RƏSMİ - Oxumaq üçün tıkla