Müğənni İzzət Bağırov onu özündənrazı adlandıranlara ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Region TV”nin “Şou məkan” verilişinə açıqlamasında sənətdə möhür vurduğunu və özündən razı olmağa haqqı çatdığını deyib:

“Məni tanıyanlar bilirlər ki, özümdən razı deyiləm. Bir də, axı niyə də olmayım? 13-14 yaşımdan səhnədəyəm. Həmişə də populyarlığımı qoruyub saxlamışam. Səsim səs, sənətim sənət... Qabiliyyətim, qanacağım, savadım, ağlım da öz yerində... 26 ildir sükanı necə lazımdır, saxlayıram. Konsertlər vermişəm, filmə çəkilmişəm, saysız-hesabsız albomlarım var, 70-ə yaxın klip çəkdirmişəm, pərəstişkarlarım yetərincədir. Möhür-möhür üzərinə vurmuşam. Özümdən razıyam, yaxşı eləyirəm. Məni bəyənməyənlər ola bilər. Maykl Ceksonu da sevməyənlər var idi”.