Qadınlar arasında dünyanın üçüncü tenisçisi Mariya Şarapova “Esquire” jurnalının bolqar versiyasının may nömrəsi üçün yeni şəkillər çəkdirib.

ANS PRESS-in məlumatına görə, bu haqda xəbər jurnalın facebook səhifəsində yerləşdirilib.

Rus gözəli bolqar jurnalı üçün çimərlik geyimində fotosessiya edib.

Qeyd edək ki, Şarapova bolqar tennisçisi Qriqor Dmitrovla nişanlanıb.

2014-cü ilin sentyabrında bildirilirdi ki, cütlük ayrılıb amma daha sonra bu informasiya təkzib edilmişdi.

Şarapova və Dmitrov 2012-ci ildən görüşürlər.

Məşhur Rusiya gözəlindən fotosessiya (FOTO)
Mənbə
ANS PRESS