Prezidentin səhifəsindən Mübarizlə bağlı paylaşım - "O, bütün gənclər üçün ÖRNƏKDİR"

Prezidentin səhifəsindən Mübarizlə bağlı paylaşım - "O, bütün gənclər üçün ÖRNƏKDİR"
11:48 16 Dekabr 2018
60 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.

Publika.az xəbər verir ki, dövlət başçısının 2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini qazanıb. Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/263264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR