Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək

Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək
14:07 17 Dekabr 2018
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlıq işlərinə başlanılıb.
“Report” “CA News”a istinadən xəbər verir ki, bunu Türkmənistan xarici işlər naziri Rəşid Mərədov bildirib.
O, ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Xəzər sahili Ölkələri sammitində imzalanan müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər arasında Türkmənistanda VI Xəzər Sammitinin, 2019-cu ildə isə I Xəzər İqtisadi Forumunun keçirilməsi barədə sənədin olduğunu xatırladıb.
Nazir bununla bağlı yaradılan təşkilat komitəsinin birinci iclasında forumun Xəzər Günü - avqustun 12-də Avazə Milli Turizm Bölgəsində keçirməklə bağlı təkliflər irəli sürüldüyünü diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkmenistanda-xezer-i-qtisadi-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR