Onların bir qələminizə belə ehtiyacı var! - Ucqar kənd məktəbləri üçün yardım yığılır

Onların bir qələminizə belə ehtiyacı var! - Ucqar kənd məktəbləri üçün yardım yığılır
15:58 17 Dekabr 2018
36 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulun “Beşiktaş” komandasının Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.

Publika.az xəbər verir ki, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.

Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq. “Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvamizatları ilə təmin etmək niyyətindədir. Kampaniyanın ümumi məqsədi isə imkansızlıq səbəbilə təhsildən uzaq qalan azyaşlılara imkan daxilində töhfə verməkdir.

İanələr, əsasən, sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər feysbukda “Beşiktaş Azərbaycan” qrupuna müraciət edərək öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.

Qeyd edək ki, “Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/263380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR