Gənclər Evi istifadəyə verildi (FOTO)

Gənclər Evi istifadəyə verildi (FOTO)
22:26 13 Yanvar 2015
262 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Sumqayıtda Gənclər Evinin açılışında iştirak edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılıb. Üç mərtəbə və terrasdan ibarət binada caz klub, səhnəsi olan böyük kafe-bar, art-studiya, internet klub yaradılıb. Burada, həmçinin biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, gənclər üçün “Qaynar xətt” xidməti, peşəyönümü mərkəzi, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya da gənclərin ixtiyarına veriləcək.

Gənclər Evinin masaüstü oyunlar otağında asudə vaxtın daha səmərəli təşkili üçün hər cür şərait var. Burada, həmçinin istedadların hazırlığı laboratoriyası və xarici dillər üzrə danışıq klubu da fəaliyyət göstərəcək.

Binadakı “dəyirmi masa” zalı da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada gənclərin potensialını üzə çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait yaradılıb.

Gənclər Evinin 110 yerlik müasir akt zalı da vardır. Burada gənclərlə bağlı müxtəlif tədbirləri ən yüksək səviyyədə təşkil etmək mümkün olacaq. Tədbirlər zamanı regionlardan gələn gənclərin qalmaları üçün bir və iki nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına veriləcək. Binanın inzibati bölməsindəki otaqların hamısı zəruri avadanlıqla təmin olunub.

Dövlətimizin başçısı Gənclər Evində Olimpiya Hərəkatı Muzeyi və Beyləqanda inşa edilən Olimpiya kompleksinin eskiz layihəsinə də baxdı.




















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR