Bu il miqrasiya zamanı ölən mühacir və qaçqınların sayı açıqlandı

Bu il miqrasiya zamanı ölən mühacir və qaçqınların sayı açıqlandı
16:12 18 Dekabr 2018
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il ərzində miqrasiya zamanı yolda 4 476 mühacir və qaçqın ölüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Bildirilib ki, əvvəlki 4 ildə olduğu kimi, bu il də mühacirlərin çoxu - 2 217 nəfəri Aralıq dənizində ölüb.

Məlumata əsasən, hər il dünyanın müxtəlif yerlərində yüz minlərlə insan öz ölkəsini ağır iqtisadi şərait, təbii fəlakət, siyasi təqib, zorakılıq və münaqişələr səbəbindən tərk edir.

Hazırda Suriya vətəndaşları deyil, Cənubi və Mərkəzi Amerika ölkələrinin vətəndaşları, Yəmən sakinləri də öz vətənlərindən qaçırlar.

Təkilat bildirib ki, cari ilin əvvəlindən Avropa qanunsuz yolla 135 607 nəfər mühacirət edib. Onları 111 237 nəfəri dəniz, 24 370 nəfəri isə quru yolla gedib.

Suriya, Tunis, Eritreya, Pakistan, İraq, Konqo, Əfqanıstan, Mərakeş və Mali vətəndaşları, əsasən, İspaniya, Yunanıstan və Bolqarıstana üz tutur, orada qalmaq uğrunda mübarizə aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR