"Rəvan": 8 oyun və Salyana səfər

"Rəvan": 8 oyun və Salyana səfər
22:37 13 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

"Rəvan" rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş baş tutub. Fanat.az xəbər verir ki, iclasda əsas komandanın qış fasiləsində nəzərdə tutulan təlim-məşq toplanışının detalları müzakirə olunub.


Yanvarın 7-dən məşqlərə start verən komandanın 24-dək paytaxtda hazırlıq keçməsi məqsədəuyğun sayılıb. Kollektiv bu müddətdə klubun Qaraçuxurdakı bazasında məskunlaşacaq.


"Rəvan" hazırlığın növbəti mərhələsini Salyan şəhərində keçəcək. Yanvarın 26-da əyalətə yollanacaq komanda Salyan Olimpiya Kompleksində məskunlaşacaq. "Sarı-qırmızılılar" fevralın 8-də Bakıya dönəcək və toplanışa paytaxtda yekun vuracaq.


"Rəvan" toplanış müddətində 8 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Artıq rəqiblərdən 3-ü bəllidi. "Aslanlar" yanvarın 17-də "Qaradağ Lökbatan", 21-də "Ağsu", 24-də isə "Şahdağ"la qarşılaşacaq.


Qeyd edək ki, bütün matçlar "Bayıl Arean”da keçiriləcək və saat 13.00-da başlayacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquot-8-oyun-v-salyana-sfr-t18778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR