Taylanddan uçan təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?

Taylanddan uçan təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?
18:01 18 Dekabr 2018
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Taylanddan uçan sərnişin təyyarəsi Yekaterinburqda qəza enişi edib. Trend-in məlumatına görə, təyyarə yerli vaxtla saat 15:17-də Yekaterinburqun "Koltsovo" aeroportunda enib.

Bildirilir ki, həmin vaxt təyyarənin göyərtəsində 335 sərnişin olub. Qəza enişi zamanı xəsarət alan olmadığı qeyd edilir.

Məlumata görə, təyyarənin komandiri hidrosistemin nasaz olması barədə siqnalın işə düşməsi səbəbindən belə qərar qəbul edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/2995415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR