Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var

Kürdəmirdə minik və yük maşınları toqquşub, xəsarət alan var
18:52 18 Dekabr 2018
43 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir. 18 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əhliman Ənvər oğlu Ömərovun idarə etdiyi "VAZ-21214" markalı minik avtomobili "İsuzu" markalı yük maşınına çırpılıb. Nəticədə Ə.Ömərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-minik-ve-yuk-masinlari-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR