Rusiya prezidenti 2019-cu il Silahlı qüvvələrin əsas vəzifəsini açıqlayıb. Vladimir Putin ABŞ-ın Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında Müqavilədən çıxışını beynəlxalq təhlükəsizlik üçün ən ağır nəticələrə səbəb olacağını bildirib. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində yerləşən terror birliklərinə qarşı keçirəcəyi hərbi hərəkatın planı artıq hazırdır. İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək. Böyük Britaniya noyabrın 25-də Kerç boğazı ətrafında baş verən hadisə ilə əlaqədar “HMS Echo (H87)” gəmisini Qara dənizə göndərib.

“Azərbaycan cəbhədə yeni qüvvələr toplayır və zamanı gələndə bundan Qarabağda istifadə edəcək”. Bu iddia ilə erməni ekspert Taron Ovannisyan çıxış edib.

Onun sözlərinə görə, Bakı Ermənistanın yeni hakimiyyətinə “aprel müharibəsi” mesajı verir.

“Azərbaycan bildirir ki, Serj Sarkisyan “aprel müharibəsi”ndə məğlubiyyətə görə hakimiyyətini itirdi. Əgər yeni hakimiyyət münaqişənin nizama salınması təklifi ilə razılaşmasa, “aprel müharibəsi” təkrarlanacaq. Bəzi postların Azərbaycan sərhəd qoşunlarına verilməsi yeni hazırlıqdan xəbər verir”, - deyə o bildirib.

Azərbaycan Prezidentinin əmri ilə Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postların sərhəd qoşunlarının xüsusi bölmələrinə verilməsi İrəvanda ciddi narahatlıq yaradıb. Bununla bağlı danışan Qarabağ müharibəsində I kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vova Vartanov hazırda Azərbaycan tərəfinin aktivliyinin müşahidə olunduğunu deyib.

Həlledici AN YAXINLAŞDI, torpaqları qaytarmağın YOLU... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Erməni kəşfiyyatçıdan ŞOK AÇIQLAMA: Azərbaycan Qarabağa yeni ORDU GÖNDƏRİR