Xanəndə Elnarəylə Roza Zərgərli çəkilişdə dalaşıb? - AÇIQLAMA

Xanəndə Elnarəylə Roza Zərgərli çəkilişdə dalaşıb? - AÇIQLAMA
20:05 18 Dekabr 2018
132 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva ilə müğənni Roza Zərgərli arasında mübahisə yaranıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, R.Zərgərlinin müəllifi və aparıcısı olduğu "Bakı vaxtı ilə" verilişinin çəkilişi zamanı tərəflər arasında yaranan narazılıq söz atışmasına çevrilib. Bildirilir ki, xalq artisti Alim Qasımovun müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Əməkdaşımız məsələylə bağlı R.Zərgərli ilə əlaqə saxlayıb:

"Verilişə bir neçə xanəndə, o cümlədən Elnarə xanım dəvət olunmuşdu. Alim Qasımov dedi ki, digər xanəndələr oxusun, bu gün mən oxumaq yox, feyziyab olmaq istəyirəm. Verilişi də Elnarə xanımın ifası bağladı. Bəzi ifalar uzun alındı və o məndən soruşdu ki, bütün ifalar olduğu kimi gedəcəkmi? Dedim ki, xeyr, hər ifadan üç dəqiqə verəcəyəm. O ərəfədə isə Elnarənin texniki işçilərdən biri ilə mübahisəsi düşmüşdü və məsələ yoluna qoyuldu. Aramızda bundan artıq heç nə olmayıb". 

Qeyd edək ki, sözgedən proqramın bir neçə gün öncə efirə gedən buraxılışı mərhum sənətkar, xalq artisti Ağaxan Abdullayevə həsr olunmuşdu.

E.Abdullayevanın da mövqeyini öyrənməyə çalışacağıq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR