Uşaq oyuncaqlarının ixracına görə Avropa İttifaqı ölkələri arasında lider

Uşaq oyuncaqlarının ixracına görə Avropa İttifaqı ölkələri arasında lider
03:32 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Çex Respublikası Avropada uşaq oyuncaqlarının ən iri ixracatçılarından biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "UniCredit" bankı tərəfindən aparılan tədqiqatların nəticələri sübut edir. Cari ildə oyuncaq ixracının dəyəri 2 milyard avroya çatıb. Plastik yığma konstruksiyalar, gəlinciklər, miniatür modellər və oyun dəstləri populyar ixracat malları sırasındadır.

Çexiyanın birinci yer tutmasının əsas səbəblərindən biri "Lego" konstruktorlarının istehsalının ölkəyə gətirilməsidir. "Lego" detal dəstlərinin yığılması və modelinin hazırlanması Çexiya oyuncaqları ixracının 60 faizini təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR