"Mançester Yunayted"in yeni baş məşqçisinin adı açıqlandı

"Mançester Yunayted"in yeni baş məşqçisinin adı açıqlandı
13:57 19 Dekabr 2018
39 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" baş məşqçi postuna "Molde"ni çalışdıran Ule Qunnar Sulşeri gətirib. Norveçli mütəxəssis 2018/2019 mövsümünün sonunadək komandanı çalışdıracaq.

Qeyd edək ki, 45 yaşlı Sulşer 1996-2007-ci illərdə futbolçu kimi "Mançester Yunayted"də çıxış edib. Norveçli sabiq forvard 2015-ci ildən "Mölde"yə rəhbərlik edirdi. O, 2011 - 2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. Sulşer, həmçinin Uelsin "Kardiff Siti" (2014) və "Mançester Yunayted"in gənclər komandasında (2008 - 2011) çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/713946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR