Şimali Afrikaya səyahətə çıxan iki qız qətlə yetirilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Mərakeşə yollanan iki qızın başı kəsilib.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.

Turistlərdən biri Danimarkadan, digəri isə Norveçdəndir. Onların hər ikisinin 20-dən artıq yaşı var.

Mərakeşin İmlil kəndində yürüş edən 24 yaşlı Louisa Jespersen ilə 28 yaşlı Maren Ueland-in cəsədi meşəlik ərazidəki çadırdan tapılıb.

Hadisə şahidlərindən biri Morocco World News-a şübhəlilərin qızların qurduqları çadırın yaxınlığında gəzişdiyini söyləyib.

Qızı öldürənlərdən biri bilmədən şəxsiyyət vəsiqəsini hadisə yerində düşürüb. Vəsiqə sayəsində şübhəlilər tutulublar.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az