Qurban Qurbanovun oğlu het-trik edib

Qurban Qurbanovun oğlu het-trik edib
15:42 19 Dekabr 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.
“Report” xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən “Tufan”a 8:0 hesabı ilə qalib gəlib.
Yığmanın heyətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.
Yığma bununla da təlim-məşq toplanışını başa vurub.






Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanovun-oglu-het-trik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR