Kıvanç Tatlıtuğ köpəyinə işgəncə edib - İDDİA

Kıvanç Tatlıtuğ köpəyinə işgəncə edib - İDDİA
17:57 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Aktyor Kıvanç Tatlıtuğ barədə yeni iddia ortaya atılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, iddiaya əsasən, aktyor iti yaraşıqlı olsun deyə qulaqlarını kəsdirib. Kıvanç bu iddialara sosial şəbəkədə cavab verib:

"Sübut etsinlər, sənəti tərk edərəm".

İddianı yazıçı Emre Erçiş səsləndirib:

"Kıvanç Tatlıtuğ  Mars adlı itinin qulaqlarını kəsib. O, iti daha yaxşı görünsün deyə bunu edib".

Tatlıtuğ isə iddialara cavab olaraq bildirib ki, iti alanda artıq onun qulaqları kəsilmiş olub:

"Biz pilləkən altı işlərlə məşğul olmuruq. Nəzərə alsaq ki, üzdə olan adamıq, heç belə bir addım atmarıq. İtin qulaqlarını mənim kəsdiyimi iddia edən və bunu sənədi ilə sübut edəcək bir nəfər varsa, üzə çıxsın. Əgər sübut etsəniz, mən həmən aktyorluqdan çəkiləcəm və başqa işlərlə məşğul olacam".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR