Bakı. Trend:

Londonun "Gatwick" hava limanında bütün uçuşlar dayandırılıb.

Trend-in "Sky News" telekanalına istinadən verdiyi məlumata görə, hava limanında uçuşların dayandırılmasına səbəb aerodrom üzərində iki dronun uçması barədə daxil olan məlumatlar olub.

Hava limanının nümayəndəsi bildirib: "Gatwick" hava limanının aerodromu üzərində uçan iki dron haqqında məlumatlardan sonra araşdırma üçün biz uçuşları dayandırmalı olduq".

Qeyd edək ki, "Gatwick" ölçüsünə görə Londonun ikinci ən böyük hava limanıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin