Ötən gün Şimali Afrikaya səyahətə çıxan qızların öldürülməsi ilə bağlı məlumat vermişdik.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, skandinaviyalı qızları öldürən şəxslərin "terrorçu" olduğu deyilir.
Mərakeşə yollanan iki qızın başı kəsilib. Turistlərdən biri Danimarkadan, digəri isə Norveçdəndir. Onların hər ikisinin 20-dən artıq yaşı olub.
Mərakeşin İmlil kəndində yürüş edən 24 yaşlı Louisa Jespersen ilə 28 yaşlı Maren Ueland-in cəsədi meşəlik ərazidəki çadırdan tapılıb.
Qızı öldürənlərdən biri bilmədən şəxsiyyət vəsiqəsini hadisə yerində düşürüb. Vəsiqə sayəsində şübhəlilər tutulublar.
Hadisə ilə bağlı 3 nəfər saxlanılıb. "The Sun" qızların başını kəsənlərin fotolarını əldə edib. Onlardan biri ekstremistdir.
Həmçinin cinayətlə bağlı video tapılıb. Videoda terrorçuların qızların başını ülgüclə kəsməsi əks olunub.
Emin
Milli.Az