Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ölkə rəhbərliyinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilib.

İlin sonunadək 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatacaq.