Yaponiyanın ən kiçik kəndlərindən biri olan Naqoro kimsəsiz vadiyə çevrilib.

Milli.Az The verge-ə istinadla xəbər verir ki, bu kənddə sakinlər yaşamır, onların əvəzinə ölən kəndlilərə bənzər kuklalar qoyulub.

Qorxu filmlərini xatırladan kənd - Ancaq "ölü"lərin "yaşadığı" bölgə - FOTO

Kəndin bütün sakinləri yaşamaq üçün başqa şəhərlərə köçüb. Yerli sakinlər öldükdən sonra kənd tamamilə boş qalıb.

Hətta kənddə market belə yoxdur. Bu da sakinlərin başqa şəhərlərə köçməsi üçün ən xırda səbəblərdən biridir.

Qorxu filmlərini xatırladan kənd - Ancaq "ölü"lərin "yaşadığı" bölgə - FOTO

15 illik fasilədən sonra kəndə qayıdan Ayano Tsukimi adlı qadın gördüyü mənzərə qarşısında təəccüblənib. Kəndi tamamilə boş vəziyyətdə görən Ayano buranı "canlandırmaq" qərarına gəlib.

Qorxu filmlərini xatırladan kənd - Ancaq "ölü"lərin "yaşadığı" bölgə - FOTO

Kənddə yaşamağa qərar verən qadın əvvəlcə bostanda atasına bənzər müqəvva qurub. O, daha sonra bu ideyasını genişləndirib və kəndin müxtəlif yerlərinə, ölən kənd sakinlərinə bənzər kuklalar düzüb.

Hazırda kənddə 40-a yaxın müqəvva var. Ərazi müqəvvalar sayəsində bir çox turistlərin diqqətini çəkib.

Bəxtiyar Umarlı
Milli.Az