Dünyanı ciddi təhlükə gözləyir -

NASA tərəfindən aparılan araşdırmalara görə, Saturn planetinin ətrafındakı həlqə sürətlə yox olur. 100 milyon il ərzində isə həlqə tamamilə yoxa çıxacaq. Həlqəni əmələ gətirən toz və buz parçaları Saturn planetinə doğru çəkilir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb planetdə maqnit sahəsinin olmasıdır. Mütəxəssislərin iddiasına görə, həcmi Yer planetinin həcmindən 95 dəfə çox olan Staurndakı proseslər dünya üçün də təhlükələr törədə bilər.

Elm adamları bu təhlükələrin nədən ibarət olduğunu araşdırır. Qeyd edək ki, Saturn günəş sisteminin ikinci ən böyük planetidir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR