İran İnqilab Keşişçiləri Korpusu Bəsrə körfəzində hücum
və logistik helikopterlərin, pilotsuz təyyarələr və xüsusi
təyinatlı qüvvələrin iştirakı ilə hərbi təlimlərə başlayıb.
Publika.az xəbər verir ki, “Böyük Peyğəmbər 12” adlanan
təlimlər beynəlxalq neft daşınmasında əhəmiyyətli keçid olan Hörmüz
boğazının yaxınlarında həyata keçirilir.
İranın müdafiə doktrinası çərçivəsində keçirilən təlimlərdə ilk
dəfə hücum əməliyyatları sərgilənir.
ABŞ donanmasına aid USS Con C. Stennis təyarə gəmisi də dünən Bəsrə
körfəzinə daxil olub. ABŞ gəmisinin körfəzə gəlişi ilə İranın hərbi
təlimlərə başlamasının eyni vaxta düşməsi Vaşinqton-Tehran
qarşıdurması fonunda diqqət çəkir.
Asif