Sərxanın "Maşın" şouda "Bizim nə qədər internetimiz güclü olsa da, televiziya mədəniyyətimizi itirməməliyik" deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istifadəçilər Sərxanı sözügedən fikirlərinə görə tənqid ediblər. Buna səbəb isə onun avqust ayında efir etikasını pozduğu üçün Lider TV-dən qovulmasıdır.

Bildirək ki, S. Kərəmoğlunun aparıcılıq etdiyi "Xoş gəldin" proqramı sosial şəbəkələrin hədəfində olmuşdu. Həmçinin, aparıcının müğənni Mətanət Əsədovanı öpməsi, Aysel Əlizadəni qucağına alması, divanda uzanaraq başını Roza Zərgərlinin dizi üstdə qoyması kanal rəhbərliyinin də xoşuna gəlməmişdi. Şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə verilişi bağladıb aparıcını isə işdən qovmuşdu.

Milli.Az