Dünyaca məşhur model Adriana Lima haqqında yayılan yeni eşq iddialarına sərt cavab verib.

Publika.az xəbər verir ki, türkiyəli yazıçı və psixoloq Metin Hara ilə sevgili olan modelin ondan ayrılaraq "Beşiktaş"ın yaraşıqlı qapıçısı Loris Kariusla sevgili olduğu xəbərləri yayılıb.

34 yaşlı Lima bu barədə instaqram izləyicilərinə açıqlama verib: “Heç tanış olmadığım biri ilə sevgili olduğumu bildirən saxta xəbərlər istehsal edən Türkiyə mediasına: gerçək olmayan xəbərlər çıxarmağa son verin. YETƏR”!