Şənbə günü Cinema Plus kinoteatrında "Qaynana 2018 " filminin premyerası baş tutub. Milli.Az xəbər verir ki, qala gecəsində Flora Kərimova, Gülşad Baxşyeva, İlham Namiq Kamal və Elməddin Cəfərov kimi məşhurlar iştirak ediblər. Bu mərasim digər qala gecələrindən çox fərqlənib. Səbəb isə aktyor və aktrisa heyətinin səhnəyə "Vağzalı" sədaları altında çıxması olub. Film 40 il bundan əvvəl Nəsibə Zeynalovanın çəkildiyi "Qaynana" filminin davamıdır. Kinodakı bəzi səhnələr də köhnə filmlə əlaqələndirilib. Yeni filmdə qayınana obrazını Flora Kərimova canlandırıb. O, qala gecəsindəki zarafatı ilə zaldakıları güldürməyi bacarıb. Belə ki, bəzi cümlələri rus dilində deyən müğənni gülərək ərə getmək istədiyini söyləyib. O, hətta "Tamaşaçılar "hə" desə, ərə gedəcəm" deyərək "səsvermə" də keçirib. Film yay aylarında çəkilib. Birinci filmdən fərqli olaraq bu filmdəki qayınananın evi digərindən lüks görünüşünə görə çox fərqlənib. window._ttzi = 34;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);}; (adsgarden = window.adsgarden || []).push({}); Filmin maraqlı cəhətlərindən biri isə gəlin obrazına qaradərili, nigeriyalı qadının çəkilməsidir. Onun tverk rəqsi Canan xala adlı qayınananı özündən çıxardıb. Milli.Az qala gecəsindən çəkilən kadrları təqdim edir: Görüntülər news24.az saytına məxsusdur. Milli.Az Videonu izləmək üçün şəklə klikləyin: