Ukrayna 12 sərnişinin ölümünü terror aktı adlandırıb

Ukrayna 12 sərnişinin ölümünü terror aktı adlandırıb
04:09 14 Yanvar 2015
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Daxili İşlər Nazirliyi Volnovaxa yaşayış məntəqəsi yaxınlığında 11 nəfərin ölümü nəticələnən avtobusun atəşə tutulması faktını terror aktı adlandırıb. APA-nın məlumatına görə, bu barədə qurumun saytında dərc olunmuş məlumatda bildirilir.

 

“İlkin olaraq, bu insident terror aktı kimi qiymətləndirilib. Hərtərəfli istintaq tədbirləri həyata keçirildikdən sonra insidentə dəqiq hüquqi qiymət veriləcək”, deyə məlumatda bildirilir.    

 

Qeyd edək ki, atəşə məruz qalan sərnişin avtobusu Zlatoustovka – Donetsk marşrutu üzrə hərəkət edib.

 

Qeyd edək ki, ötən gün Ukrayna vaxtı ilə  saat 14:30 radələrində hökumət qoşunlarının Volnovaxa yaşayış məntəqəsi yaxınlığındakı blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 18 nəfər yaralanıb. Yaralılardan ikisi sonradan xəstəxanada keçinib. 

 

Ukrayna DİN-i zərbənin separatçılar tərəfindən həyata keçirildiyini iddia edir. Separatçılar isə ittihamları təkzib edir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR