Bakıda 18 yaşlı gənc bıçaqlanıb

04:22 14 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 04:17 ]

Bakı. Mahir Məmmədli-APA. Bakıda 18 yaşlı gənc bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Yeni Yasamal-1 qəsəbəsində baş verib. Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılan gəncin həyatını həkimlər xilas ediblər.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Yasamal Rayon Polis İdarəsnin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar.

 

İlkin araşdırma zamanı bıçaqlanan gəncin şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki, 18 yaşlı zərərçəkənin adının Rza, atasının adının Bahadur olduğu bildirilir. Amma polis əməkdaşları onunla bağlı ətraflı məlumat toplaya bilməyiblər. Çünki, əməliyyat olunan yaralının dindirilməsinə icazə verilmir.

 

Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR