"Maşın şou"nu bu gün müğənni Samir Cavadzadə tərk edib.
Publika.az xəbər verir ki, hind kinosu devizi altında baş tutan şounun növbəti buraxılışında sms səsverməsinə müğənni Samir Cavadzadə çıxıb.
Verilişin əvvəlində digər iştirakçılarla dostluq
münasibətlərinin olduğunu deyən ifaçı özünə bir hədəf seçmədiyini
bildirib:
"Həqiqətən də bilmirəm ki, qalib gəlsəm, kimi çıxardacam. Sizlərdən
dayaq, səs, dəstək gözləyirəm. Üçüncü dəfədir ki, “Maşın Şou"dayam.
Bir də buraya qayıtmayacam. Dostlarımdan, sənət dostlarımdan,
əsasən də Xatirə İslamdan səs istəyirəm. Vaxt var idi, Xatirə
İslamı mən şouda saxlamışdım!"
Samir Cavadzadə sonda 39,80 faiz səs toplayaraq oyunu özü tərk edib.