Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin ən gözəl qızını seçmək üçün yarışma təşkil edilib.

Publika.az xəbər verir ki, “Moskva Gözəli 2018”-in qalibi 24 yaşlı Alesya Semerenko olub.

Yeni Moskva gözəli Krasnodar bölgəsinin Armavir şəhərində anadan olub və 3 yaşında ailəsi ilə birgə Sankt Peterburqa, daha sonra Moskvaya köçüb.

Şeir yazmağı və rəsm çəkməyi sevən Semerenko daha öncə eyni yarışmaya qatılıb və 20-ci olub. O, qərarın ədalətli olmadığına inanıb və bir daha şansını sınayıb.

“Məqsədim varlı ər tapmaq deyil, özümü gerçəkləşdirməkdir. Bu ünvanımın verdiyi bütün şanslardan xeyirxah işlər üçün istifadə edəcəm. Özümü inkişaf etdirməyi düşünürəm. Bəlkə yeni bir peşə öyrənmək, yeni ölkələrə səfər etmək...” -, Alesya deyib.

Zümrüd