Bir neçə gün əvvəl "Maşın şou"nu tərk edən müğənni Samir Cavadzadə adını çəkmədiyi bəzi həmkarları kimi iki günlük yalançı qəhrəman olmaq istəmədiyini deyib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə status yazıb:

"Mənə dedilər ki, sən dostluğu bacarırsan və buna çox önəm verirsən. Onun üçün də uduzursan... Bu sözləri deyənlər mənim üçün kompleks və paxıllıq içində yaşayanlardır. Mənim azad və rahat yaşamağım sizi hər zaman qıcıqlandıracaq. İki günlük yalançı qəhrəman olmaq mənə aid ola bilməz!"