ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Tramp bu gün səhər saatlarında Almaniyadakı Ramştayn aviabazasında təyyarədən eniblər.Ramştayn aviabazası ABŞ Hərbi-Hava Qüvvələrinin Almaniyadakı dayaq məntəqəsi, Avropada isə mənzil-qərargahıdır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən onlar Birləşmiş Ştatların İraqdakı "Əyn Əsəd" hərbi bazasında olublar.İraqın paytaxtı Bağdaddan 210 km şərqdə yerləşən bahaya D.Tramp qəfil səfər edib.Bazada hərbçilərlə görüşündə Tramp bildirib ki, İraqdakı amerikalı hərbçilərin sayını daha da azaltmaq niyyətində deyil.Donald Trampın dediyinə görə, İraqa qəfil, spontan səfəri zamanı çox narahat idi."Prezidentlik institutuna görə narahat idim. Özümə görə yox. Sizə deyim ki, birinci ledi üçün narahat idim. Pəncərələri tam qapalı, qara şüşəli təyyarədə nələr çəkdiyimizi bilsəydiniz... Ümumiyyətlə, işıq yoxdu. Zülmətdi. Müxtəlif təyyarələrdə uçmuşam. Hər ölçüdə və tipdə. Təşvişdə idim? Bəli", - D.Tramp deyib.Onun sözlərinə görə, ABŞ bundan sonra da "dünya jandarmı" funksiyalarını yerinə yetirmək niyyətində deyil.Donald Trampın xanımı ilə "Əyn Əsəd" aviabazasına səfəri tam məxfilik şəraitində hazırlanmşıdı. ABŞ prezidentini müşayiət edən jurnalistlərə səfər barədə məlumatları yaymağa Trampın təyyarəsinin aviabazaya enməsindən yalnız iki saat sonra icazə verilib.Hazırda İraqda 5 min amerikalı hərbçi var.İraqda Donald və Melaniya Trampları ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton müşayiət edirdi."Əyn Əsəd"də 3 saat qalan Tramp hərbçilərlə görüşüb, onları Yeni İl münasibətilə təbrik edib, sonra anqarda sualları cavablayıb.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:

"Bundan sonra da dünya jandarmı olmayacağıq" - Donald Tramp - VİDEO - FOTO "Bundan sonra da dünya jandarmı olmayacağıq" - Donald Tramp - VİDEO - FOTO