Daha 3 rayonun kəndləri qazlaşdırılıb

Göygöl rayonunun Çaykənd kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, ümumilikdə 590 fərdi evdən ibarət olan yaşayış məntəqəsinin qaz təsərrüfatının yenidən qurulması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 38 min 256 metr müxtəlif diametrli polad borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Azadkənd kəndinə də təbii qaz verilib. Ümumilikdə 403 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 52 min 291 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Astarada isə Rinə kəndinə təbii qaz verilib. 122 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 790 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR