Metronun “Gənclik” stansiyasında cibgirlik edən şəxs yaxalanıb

Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın 3 gün əvvəl metronun “Gənclik” stansiyasının platformasında cibindən “Samsung” markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Sabahdan 5 günlük bayram tətili başlayır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR