“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri İrec Mescidi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İraqda terror təhlükəsi aradan qalxdığı və İŞİD-ə qarşı mübarizədə qələbə elan edildikdən sonra İran bütün hərbi müşavirlərini bu ölkədən çıxarıb: “Terrora qarşı mübarizəyə dəstək vermək üçün İraqdakı iranlı hərbi müşavirlərin hamısı vətənə qayıdıb”.
Səfir ABŞ-ı bölgədə hərbçilərini saxladığı üçün tənqid edib.