Hər bir qadını fərqləndirən özünəxas cəhəti var.Milli.Az ölkə.az-a istinadən dünyanın ən qeyri-adi qadınlarının siyahısını təqdim edir.Bu dəfə isə "Ölkə.Az" oxucularına dünyanın ən qeyri-adi qadınlarının siyahısını təqdim edirik.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
1.Ən hündür qadınAmazon İv adlı qız "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, dünyanın ən hündür qadın-modelidir. Onun boyu 203 sm-dir. Amazonun nəslində bütün qadınlar hündürdür. Boyuna görə İv şəxsi həyatında da problem yaşayır. 2013-cü ildə Denis Harqvurla tanış olub və cütlük bu yaxınlarda evlənəcək.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
2.Ən böyük süni iri sinəDünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
3.3 döşü olan qadınAlişa Hessler uzun müddət üç döşü olan qadın sayılıb. MTV kanalında hətta teleaparıcı da olub. Amma sonradan məlum olub ki, əslində Alişanın iki döşü var. Hava limanında onun çantasından üçüncü döşü tapılıb.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
4.İkibaşlı qadınEbiqeyl və Brittani Hensel Siam əkizidir. Onların bir bədəni, bir cüt əl və ayağı və 3 ağ ciyərləri var. Hər bacının öz mədəsi var. Amma qan dövranı ümumi bədəndə eynidir. Maraqlıdır ki, hər bacı öz tərəfində olan əl və ayağını tərpədə bilir.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
5.Dünyanın ən çevik qadınıYuliya Qyüntel dünyanın ən çevik və elastik qadınıdır. O, Zlata ləqəbi ilə məşhurdur. İlk dəfə istedadı 4 yaşında üzə çıxıb. 6 yaşı olanda sirk məktəbinə qəbul olub. 2012-ci ildə isə "Discovery Channel" kanalı ona "Dünyanın ən çevik qızı" ünvanını verib.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
6.Ən uzun hörüklərAşa Mandela dünyada ən uzun hörüklərin sahibidir. Onun saçının uzunluğu 17 metrdir. Çəkisi 19 kq olan saç Aşaya bir çox problem yaşadır. Belə uzun saçı yuyub qurutmaq üçün iki gün vaxt lazımdır.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO7.Planetin ən balaca qadınıYoti Amqe "Ginnesin Rekordlar Kitabı"na daxil edilib. O, planetin ən kiçik boylu insanıdır. Hindistanda yaşayan Yotinin 18 yaşı olanda boyu 62.8 sm, çəkisi isə 5.2 kq olub.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
8.Ən uzun dodaqlar
Efiopiyalı Ataye Eliqidaqne aşağı dodağında diskşəkilli "bəzək" əşyası daşıyır. Diskin diametri 60 sm-dir. Bu qəbilənin bütün qızları toydan bir il əvvəl bu əşyanı dodaqlarında daşıyırlar. Amma Atayenin diski çox böyükdür və belə dodaqla "Ginnesin Rekordlar Kitabı"na düşüb.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
9.İncə belAvstraliyalı pin-ap modeli Penni Braun çizgi film qəhrəmanı Cessika Rebbitə bənzəmək üçün çox pul xərcləyib. Onun altı qabırğası çıxarılıb və 23 saat korset taxır.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
10.Canlı BarbiValeriya Lukyanova odessalıdır və "canlı Barbi gəlinciyi" ünvanına sahibdir. O, iddia edir ki, cəmi bir dəfə plastik əməliyyat olunub. Valeriya təkcə sinəsini böyüdüb, qalan bədən ölçüləri isə təbiidir.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
11.Ən çox döyməsi olan qadınCuliya Qnusenin 30 yaşı olanda porfiriya xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı günəş şüası altında dəridə suluqlar əmələ gəlir. Suluqlardan sonra isə qızın bədənində çoxsaylı çapıqlar meydana gəlib. Culiya isə çapıqları gizlətmək üçün tatudan istifadə edib. Hazırda onun dərisinin 95 faizi döymə ilə örtülüdür. "Ginnesin Rekordlar Kitabı"na düşüb.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
12.Ən böyük ombaMikel Ruffinelli dünyanın ən böyük ombasının sahibidir. 190 kq çəkisi olan Mikelin ombasının diametri 2.5 metrdir. Maraqlıdır ki, bədən quruluşu Mikelin xoşuna gəlir. Onun əri və dörd övladı var.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
13.Dünyanın ən güclü qadınıAneta Florçik dünyanın ən güclü qadınıdır. 500 kq yük ilə məşq edir. Bundan başqa insanları havay qaldırmaq üzrə də rekorda sahibdir. Aneta 12 nəfəri başının üzərinə qaldırıb. Bundan başqa tavaları əymək üzrə də rekord sahibidir. 1 dəqiqə ərzində 5 tavanı əyə bilir.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
14.Ən çox pirsinq sahibiŞotlandiyalı Eleyn Devidsonun bədənində 7000 pirsinq var. Bu yaxınlarda Eylin ərə gedib.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
15.Ən kök qadın
Mayra Rosales planetin ən kök qadınıdır. Bir dəfə Mayranın əli qardaşının uşağının başına dəyib və uşaq dünyasını dəyişib. Amma sonradan məlum olub ki, Mayra bu uydurmanı bacısını həbsdən xilas etmək üçün danışıb. Bu hadisədən sonra Mayra arıqlamaq qərarına gəlib. O, 220 kq arıqlayıb. İki il ərzində isə 400 kq çəki atıb. Hazırda onun çəkisi 100 kq-dır.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
16.Ən böyük təbii sinəEnni Hokins-Terner dünyada Norma Stits ləqəbi ilə tanınır. "Ginnesin Rekordlar Kitabı"na qeyri-adi qadın kimi adı düşür. Onun çox böyük, təbii sinəsi var. Sinəsinin diametri 180 sm, çəkisi isə 25 kq-dır.Dünyanın ən qeyri-adi QADINLARI - SİYAHI - FOTO
17.Ən incə belKeti Yunq heç vaxt plastik cərrahlara müraciət etməyib. Boyu 165 sm, belinin diametri isə 38 sm-dir. Keti 38 yaşından xüsusi korset taxır. Nəticədə onun beli çox incəlib.Milli.Az