Gələn il Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı istifadəyə veriləcək. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmiryolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında verib. Sədr bildirib ki, hazırda vaqonların hazırlanması gecikir:"Ona görə də biz bunu aça bilmirik. Fevralın sonu, martda qatarlar təhvil veriləcək. Verilən kimi də qatar işə salınacaq". Milli.Az