Müğənni Samir Cavadzadə "Maşın" şouya gedən zaman xəstə olduğunu açıqlayıb.Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçı sosial şəbəkədə yazıb. O bildirib ki, xəstəliyinə görə xeyli çəki atıb:"Şoudan bir həftə əvvəl bərk xəstələndim. 6 gün ərzində 5 kiloqram çəki itirdim. Şounun ilk 4 günü hərarət, halsızlıq içində idim. Amma göstərilən qayğı nəticəsində özümə gəldim və oyuna davam etdim".Qeyd edək ki, Samir "Maşın"da səs toplaya bilməyib özü getmişdi.Milli.Az