Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Ölkənin Səhiyyə Nazirliyinin rəsmisi Seyf Bədir bildirib ki, onlardan 10-u mərmi partlayışları zamanı xəsarət alıblar. Daha 94 nəfər isə fişəng partlayışı zamanı xəsarət alıb.
Yaralıların 45-i paytaxt Bağdadda keçirilən mərasimlərdə xəsarət alıb. Nazirliyin rəsmisi yaralı sayının arta biləcəyini qeyd edib.
İraqda Yeni il şənlikləri zamanı istifadə edilən fişəng və mərmilər bir çox insanların yaralanmasına səbəb olur.