Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü ikinci oğlu Jerar Qafarov da hərbi xidmətə yola düşüb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi instaqram səhifəsində məlumat verib. Roza oğlanlarının fotosunu paylaşaraq iki əsgərin anası olduğunu qeyd edib: "Canım, mənim sonbeşiyim Jerar Qafarov da əsgər oldu. Sağ-salamat get! Allah bütün əsgərləri qorusun. İki əsgər oğulun anası olmaq qürurvericidir". Qeyd edək ki, R. Zərgərlinin digər övladığıa götürdüyü oğlu Corc Qafarov da hərbi xidmətdədir. Sənətçi bu günə kimi 3 uşaq övladlığa götürüb. O, təkcə Bənövşə adlı qızının bioloji anasıdır. Milli.Az