Konqoda vəziyyətin kəskinləşməsi fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Tramp qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir."Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib", - Donald Tramp yazıb.Trampın sözlərinə görə, lazım gələrsə, Qabona və ya Konqoya əlavə qüvvələr göndərilə bilər. Hərbçilərin Qabonda qalması vəziyyətin onların burada olmasını tələb etməyəcəyi vaxta qədər davam edəcək.Milli.Az