Bakı. 6 yanvar. REPORT.AZ/ İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 133 kilometr şimal-şərqdə, zəlzələ ocağı 49 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntılar və ya tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, noyabrda İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 634 nəfər xəsarət alıb.