"Report" xəbər verir ki, aksiyanın videogörüntüləri "BASE"nin "Youtube"dakı kanalında yerləşdirilib.
Qeyd edək ki, yerli sakinin ölümündə yerli erməni diasporunun 3 nümayəndəsi şübhəli bilinir. Vətəndaşların kütləvi toplaşdığı ərazidə xüsusi təyinatlılar cəlb edilib, snayperlər isə binaların damında müşahidə aparırlar. Polis şəhərin küçələrini əhatəyə alıb. Aksiya iştirakçıları erməni diasporunun nümayəndələrini hadisəyə görə ittiham edərək, öz hiddətlərini ifadə ediblər.
Daha əvvəl NUR.KZ agentliyi bildirib ki, Qazaxıstan polisinin keçirdiyi operativ axtarış tədbirlərinin gedişində ağır qətli törətməkdə şübhəli 3 nəfəri Malhasyan Torqom Manveloviçi, Malhasyan Sohak Samveloviçi və Nadirbəyov Kair Həmidoviçi saxlayıb. Karaqanda vilayətinin Polis Departamentinin əməkdaşları həmçinin qətlin törədilməsində şübhəli bilinən Qururyan Narek barədə axtarış elan edib.
Ermənistanın Qazaxıstandakı səfirliyi qətlə görə öldürülənin yaxınlarına başsağlığı verib.