Tayland DİN-i olayı "ailə məsələsi" kimi dəyərləndirib və əl Qununinin vətəninə deportasiya olunacağını bildirib.Rəfafın sözlərinə görə, o, Avstraliyaya yollanmaq istəyirdi.O, sabah yerli vaxtlda 11.15-də Küveytin "Kuwait Airways" aviaşirkətinin 412-ci reysi ilə Banqkokdan Küveytə yola salınacaq."Çox qorxuram. Qardaşım mənə zəng vurub dedi ki, qohumlarımızla məni gözləyir. "Bizi rüsvay etdin, səni öldürəcəyik" söylədi mənə. Məni xilas edin", - Rəfaf yaydığı videosunda söyləyib.Rəfaf Banqkok aeroportunda olarkən atası Whatsapp-la taylandlı polislərlə danışıb, "qızım ruhi xəstədir" deyib.Tayland polisinin yaydığı məlumatda isə deyilir ki, Rəfaf Muhəmməd əl Qununi zorla ərə verilməsinə etiraz edərək evdən qaçıb və o, Tayland vizası almadığı üçün ölkədən deportasiya olunacaq.Rəfafın atası Səudiyyə Ərəbistanın əl Süleymi bölgəsinin qubernatoru şeyx Məhəmməd bin Motliq əl Qunun əl Şemaridir.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
